AZ

Bakıda WUF13 çərçivəsində memarlıq təhsilində yaşayış mühitinin roluna dair sessiya keçirilir

BAKI, 21 may. TELEQRAF

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo”nun Azərbaycan pavilyonunda “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiya keçirilir.

Teleqraf xəbər verir ki, sessiyada ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dosenti Nora Lombardini, ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin Memarlıq Dizaynı üzrə assistent professoru Leyla Həsənova, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev və ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dosenti Marco Bovati çıxış edirlər.

Sessiya sual-cavab formatında keçirilir.

Seçilən
7
4
teleqraf.com

5Mənbələr