AZ

Şəhər iqliminin dayanıqlığında qadınların və gənclərin rolu - WUF13-də tədbir

Bəşəriyyətin üzləşdiyi müasir çağırışlar fonunda şəhərlərin ekoloji cəhətdən təmiz, rəqəmsal olaraq inkişaf etmiş və hər bir fərd üçün əlçatan olması qlobal inkişafın prioritetinə çevrilmişdir. Bu müstəvidə, 2026-cı ildə Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) beynəlxalq urbanizasiya siyasətinin mərkəzini Azərbaycana daşıyan strateji bir hadisədir. Bu nüfuzlu platforma yalnız qlobal şəhərsalma problemlərinin müzakirə edildiyi məkan deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi innovativ bərpa modellərini və "ağıllı" şəhər vizyonunu dünyaya təqdim edən bir vitrindir.

WUF 13 çərçivəsində, Qadın, İnkişaf, Gələcək İctimai Birliyi tərəfindən QHT Agentliyinin Pavilyonunda təşkil olunmuş Şəhər iqliminin dayanıqlığında qadınların və gənclərin rolu mövzusunda yan tədbir təşkil olundu. Tədbir WUF13 kimi qlobal platformada Azərbaycanın prioritet şəhərsalma və dayanıqlı inkişaf gündəliyi ilk növbədə "yaşıl keçid" və "innovativ bərpa" konsepsiyaları üzərində qurularaq təqdim olunan, özünü təkcə enerji resursları ixrac edən ölkə kimi deyil, həm də iqlim dəyişikliyinə adaptasiya olunmuş, texnoloji cəhətdən təkmil şəhər mühitləri quran müasir dövlət kimi mövqeləndirən, mərkəzində işğaldan azad edilmiş ərazilərdə sıfırdan tətbiq olunan "Ağıllı şəhər" və "Sıfır emissiya" zonaları dayanan  "münaqişədən sonra sürətli və dayanıqlı dirçəliş" mesajını verən bir dayanıqlı ölkə kimi qlobal urbanizasiya problemlərinə praktiki bir həll nümunəsi kimi təqdim edərək, şəhərsalmanın sülh və inkişaf üçün hərəkətverici qüvvə olduğunu vurğulayır. Bu tədbir,   bağlı yeni strategiyaların müzakirəsinə həsr edilmişdi. Sessiya siyasətçiləri, liderləri, vətəndaş cəmiyyəti nümayəndələri və gənc ekspertləri bir araya gətirdi.

WUF13 kimi qlobal platformada Azərbaycanın prioritet şəhərsalma və dayanıqlı inkişaf gündəliyi ilk növbədə "yaşıl keçid" və "innovativ bərpa" konsepsiyaları üzərində qurularaq təqdim olunur. Bu platformada Azərbaycan özünü təkcə enerji resursları ixrac edən ölkə kimi deyil, həm də iqlim dəyişikliyinə adaptasiya olunmuş, texnoloji cəhətdən təkmil şəhər mühitləri quran müasir dövlət kimi mövqeləndirir. Əsas mesajların mərkəzində işğaldan azad edilmiş ərazilərdə sıfırdan tətbiq olunan "Ağıllı şəhər" və "Sıfır emissiya" zonaları dayanır ki, bu da dünyaya "münaqişədən sonra sürətli və dayanıqlı dirçəliş" mesajını verir. Azərbaycan bu ərazilərdəki genişmiqyaslı quruculuq işlərini qlobal urbanizasiya problemlərinə praktiki bir həll nümunəsi kimi təqdim edərək, şəhərsalmanın sülh və inkişaf üçün hərəkətverici qüvvə olduğunu vurğulayır. Eyni zamanda, Bakının qədim tarixi irsi ilə müasir memarlıq innovasiyalarının sintezi "mədəni kimliyin qorunması ilə şəhər inkişafının harmoniyası" mesajını önə çıxarır. Azərbaycan həmçinin inklüzivlik prinsiplərini ön planda tutaraq şəhərlərin hər bir vətəndaş üçün bərabər imkanlar təqdim edən, sosial inteqrasiyanı dəstəkləyən yaşayış məkanları olması vizyonunu beynəlxalq ictimaiyyətə çatdırır. Bu strateji təqdimat ölkənin qlobal dayanıqlı inkişaf məqsədlərinə sadiqliyini və regional liderliyini nümayiş etdirməyə xidmət edir.

Panelin natiqləri – Keniyadan olan Silali Jozef ABOS-AFRICA Xəbər Agentliyinin Büro rəhbəri, Gənclər üzrə Məsləhətçi və Laudato Si Africa-nın Animatorudur, iqlim reportajları, ictimaiyyətlə əlaqələr, nəşriyyat və media istehsalı sahəsində 8 ildən çox təcrübəyə malikdir.

Online natiq Jalə Rzazadə - Jalə Rzazadə hazırda Münhen Texniki Universitetində İdarəetmə və Texnologiya üzrə magistr dərəcəsi alır. İdarəetmə elmləri üzrə bakalavr dərəcəsinə malikdir. 2018-ci ildən Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin üzvüdür.

Salem Ayenan sosial, ətraf mühit və iqlim ədalətinin sadiq müdafiəçisidir. O, Future for Future təşkilatının təsisçisi və prezidentidir. Benin nümayəndəsi Salem Dünya Bankının Qlobal Gənclər İqlim Şəbəkəsinin Gənclər Səfiridir və 2022-ci ildə ilk Afrika Gənclər İqlim Şəbəkəsini təşkil etmişdir. Və Beynəlxalq səviyyədə tanınmış, gənclərin rəhbərlik etdiyi ekoloji qeyri-hökumət təşkilatı (QHT) olan Liberiya Gənclərinin İqlim Fəaliyyətləri üzrə Təşkilatının (LYCA) təsisçisi və icraçı direktoru kimi Liberian Youth for Climate Actions təşkilatının təsisçisi və icraçı direktoru Ezekiel Nyanfordur. Onlar təbiətə əsaslanan həllər, iqlim ədaləti, iqlim siyasəti və iqlim təhsili kimi dörd əsas tematik sahədə gənclərin səlahiyyətləndirilməsi, maarifləndirilməsi və səfərbər edilməsində əhəmiyyətli irəliləyişlər əldə etmişdir.

Gülşən Axundova,
Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin Sədri

Seçilən
29
ikisahil.az

1Mənbələr