AZ

"Mənzil maliyyələşməsi boşluqları aradan qaldırmalıdır" - Afrika rəsmisi

“Pərakəndəlik məsələsi kökdə dayanan əsas məsələlərdən biridir. Əvvəl işi olan, sonradan isə işini itirən əhali bu problemi daha çətin şəkildə həll edə bilir. Subsidiyalaşdırma vasitəsilə isə məsələnin asanlaşmasına nail ola bilirik”.

Redaktor.az xəvər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş" sessiyasında Afrikada Əlçatan Mənzil Maliyyələşdirilməsi Mərkəzinin rəhbəri Kesiya Rast vurğuladı.

Onun sözlərinə görə, maliyyələşmənin məqsədi boşluqları doldurmaqdır:

“Maliyyələşmə bütün mühiti dəyişə bilər. Keniyada ipoteka maliyyələşdirmə proqramımız var. Tikinti şirkətləri layihələri inşa edərkən ipotekadan çox yararlanmırlar. Onlar düşünürlər ki, əhali bu məsələni özü həll edə bilər. Lakin belə deyil. Biz çalışırıq ki, maliyyələşmə hamı üçün əlçatan olsun. Amma ipoteka kreditləri hər kəs üçün əlçatan deyil. Boşluqları aradan qaldırmaq üçün addımlar atmalıyıq. Əlçatan evləri əhaliyə təqdim etməliyik. Bu, çox geniş anlayışdı”.

Aytəkin TOFİQQIZI

Seçilən
42
redaktor.az

1Mənbələr