AZ

Məğlub olsan da belə, yenə də möhtəşəmsən - Emil Verxarn

Bu gün görkəmli Belçika şairi Emil Verxarnın doğum günüdür.

Kulis.az Rəsul Rzanın tərcüməsində onun "Belçikaya" şeirini təqdim edir.

Son döyüş günlərinin aman bilməz tufanı
Söküb qopardı, yıxdı neçə-neçə evləri.
İndi torpağın sənin qumlu səhra kimidir
Yanğınlar şəfəqində açılır hər səhəri.
Antverpenlə Kent, Brüssel, Lyey bu gün
Düşmənin qanlı həris pəncəsində inləyir
Onlar sənin mehriban nəzərindən uzaqdı.
Onların fəryadını soyuq göylər dinləyir.
Sən dözürsən taleyin amansız zərbəsinə
Sahildə intizarla gözləyir neçə qadın
Məğrur sakit dayanıb düşmənə baş əymirsən
Susursan gözü yaşlı, sarsılmazdır inadın.
Məğlub olsan da belə, yenə də möhtəşəmsən
Gözəlsən, şəfqətlisən keçmişdə olan kimi
O zamanlarkı sadiq, qəhrəman oğulların
Qaldırmışdı adını ölməz qəhrəman kimi.

Seçilən
57
kulis.az

1Mənbələr