AZ

Ermənistanda sui-qəsdlərdən tutmuş hərbi çevrilişə kimi hər şey gözləmək olar



Ermənistan tarixinin həlledici məqamını yaşayır. Bu, Ermənistanın gələcəyi üçün vacib məqam olacaq. Sülh və ya müharibə şəraitində yaşamağı erməni toplumu özü seçməli olacaq.

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Ermənistanda seçkiöncəsi vəziyyəti dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Ermənistan daxilində bu iki xətt tərəfdarları elə cəbhələşib ki, ölkədə hər an ciddi proseslər baş verə bilər:

"Burda sui-qəsdlərdən tutmuş hərbi çevrilişə kimi hər şey gözləmək olar. Belə bir ssenarilərin baş verməsi ehtimalı durumunda isə Ermənistanın bir dövlət kimi gələcəyi şübhə altına düşər".

Azər Qasımov bildirib ki, Paşinyanın siyasi dayaqları xalq arasında güclü görünsə də, revanşist cəbhənin də tərəfdarları az deyil:

"Amma, hesab edirəm ki, revanşistlərin hakimiyyətə gəlməsi ehtimalı azdır. Məsələ erməni xalqının onlara etibarının itməsi deyil, məsələ onların özlərinin siyasi bazasının zəif olmasıdır. Çünki onlar öz etimadlarını bütün sferalarda çoxdan itiriblər. Revanşistlərin güclü olduğu dövrdə Paşinyan xalqın dəstəyi ilə onları devirə bilibsə, indi bunu etmək onun üçün çətin olmamalıdır. Amma Ermənistan üzərində həmişə Azərbaycan faktoru vardır. Bu, həlledici faktordur. Erməni toplumu da bunu nəzərə almalıdır və alacaq deyə fikirləşirəm".

Süleyman
Seçilən
50
newscenter.az

1Mənbələr