AZ

Nəriman Axundzadə məhsuldar ötürmə edib, komandası ABŞ Kubokunun yarımfinalına yüksəlib

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolambus Kryu" klubu ABŞ Açıq Kubokunda yarımfinala yüksəlib.

AZƏRTAC xəbər verir ki, MLS təmsilçisi 1/4 finalda "Nyu-York Siti"ni 1:0 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.

Görüşdə yeganə qol 59-cu dəqiqədə vurulub. Məhz azərbaycanlı hücumçunun ötürməsindən sonra Maksimilian Arfsten qapının uzaq küncünü dəqiq nişan alıb.

Meydana start heyətində çıxan Nəriman Axundzadə 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Kolambus Kryu" yarımfinalda "Orlando Siti" ilə qarşılaşacaq. Oyun sentyabrın 17-də keçiriləcək.

Seçilən
32
azertag.az

1Mənbələr