AZ

Nora Lombardini: Böyük şəhəri paytaxta çevirərkən yeni tikililərlə qədimlilik arasında münasibət nəzərə alınmalıdır

İnsanlar keçmişin qorunmasının sosial, insani və maliyyə baxımından hansı xərclər tələb etdiyini anlamalıdırlar.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və Təhsil: Memarlıq Kurikulumlarında Yaşayış Məkanının Rolu” adlı tədbirdə ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini; Milan Politexnik Universitetinin (Politecnico di Milano) dABC departamentinin dosenti Nora Lombardini bildirib.

Onun sözlərinə görə, abidə anlayışına gəldikdə onu təkcə bir obyekt kimi qəbul etmək lazım deyil, həm də onun yerləşdiyi məhəllə, ətraf mühit və bütöv kontekst nəzərə alınmalıdır.

"Bu məsələlər barədə biz - yəni Avropanın mərkəzi və şimal hissəsində, həmçinin İtaliyada — XIX əsrin sonlarında danışmağa başladıq. Həmin dövrdə əsas şəhərlərimizi, paytaxtlarımızı yenidən qurmaq qərarı verilmişdi. Məsələn, Parisi, Vyananı və digər şəhərləri, eləcə də İtaliya şəhərlərini nəzərdə tuturam. Biz yeni paytaxtlar formalaşdırmağa başladıq", - Nora Lombardini qeyd edib.

O əlavə etdi ki, böyük bir şəhəri paytaxta çevirərkən yeni ehtiyaclar və yeni tikililərlə artıq mövcud olan qədim elementlər arasında münasibət necə qurulacağını nəzərdə almaq lazımdır.

ADA
Seçilən
2
1
apa.az

2Mənbələr