AZ

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

Bu gün keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə futzal mövsümünə yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, həlledici matçda son çempion "Araz-Naxçıvan" gümüş medalçı "Neftçi" İK ilə gücünü sınayacaq.

Saat 16:00-da Bakı İdman Sarayında start götürəcək görüş "CBC Sport"la canlı yayımlanacaq. 

Qeyd edək ki, Yüksək Liqanın son turunda "Neftçi" İK üzərində 5:2 hesablı qələbə qazanan "Araz-Naxçıvan" çempionluğu bayram edib.

Azərbaycan Kuboku
Final
21 may

Araz-Naxçıvan – Neftçi İK
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev.
Ehtiyat hakim: İmran Məhərrəmov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 16:00 

Seçilən
17
4
fanat.az

9Mənbələr