BAKI, 21 may. TELEQRAF
“İranın yeni Ali rəhbəri Müctəba Xamenei təxminən üç aydır gizlənir. Bu, “Əl-Qaidə”nin keçmiş lideri Üsamə bin Ladenin həyatının son illərini xatırladır”.
Teleqraf xəbər verir ki, bunu “Fox News” terrorizmlə mübarizə üzrə mütəxəssis Ömər Məhəmməd deyib.
“ABŞ İran liderini elə bir həddə çatdırıb ki, Üsamə bin Laden də Abbottabadda on il məhz belə bir həyat yaşamışdı. Bin Laden Abbotabadda heç bir rabitə vasitəsi olmadan yaşamışdı, onunla əlaqə yalnız əllə və iki etibarlı kuryer vasitəsilə həyata keçirilirdi”, - o bildirib.
Məhəmmədin sözlərinə görə, Tehranın Abbottabaddan çıxardığı dərs budur ki, gizləniləcək ən təhlükəsiz yer uzaq mağaralar yox, hərbi şəhərcikdə divarlarla əhatələnmiş yaşayış kompleksidir.
Terrorizmlə mübarizə üzrə ekspert əlavə edib ki, “Əl-Qaidə”nin keçmiş lideri Pakistanın ən vacib hərbi akademiyasından cəmi bir kilometr aralıda, hündür divarların arxasında gizlənmişdi. Məhəmməd İranda oxşar nümunənin İnqilab Keşikçilərinin (SEPAH) obyektlərinin yanında yeraltı istehkam obyektləri ola biləcəyinə inanır.