AZ

Ərdoğan Trampla telefon danışığı aparıb

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 20 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

AZƏRTAC xəbər verir ki, iki ölkənin liderləri Türkiyə-ABŞ münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan regiondakı münaqişə zonasında atəşkəsin uzadılması qərarını müsbət qiymətləndirib, mübahisəli məsələlərin həllinin mümkünlüyünə inandığını, irəli sürülən konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini bildirib.

Suriyadakı vəziyyətə toxunan Türkiyə dövlətinin başçısı qonşu ölkədə uzunmüddətli sabitliyin bərqərar olmasını “bütün region üçün əhəmiyyətli qazanc” adlandırıb.

Prezident Ərdoğan Türkiyənin Suriyaya dəstəyinin fasiləsiz davam edəcəyini vurğulayıb. O, Livandakı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün isə tədbirlər görülməli olduğunu əlavə edib.

Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankara Zirvə Görüşünə hazırlıqların davam etdiyini, Türkiyə olaraq bu tədbirin hər cəhətdən uğurlu keçməsi üçün bütün addımların atıldığını bildirib.

Prezident Ərdoğan, həmçinin ABŞ Prezidentinə San Dieqoda məscidə edilən silahlı hücumla bağlı başsağlığı verib, Türkiyənin dini ekstremizm əleyhinə mübarizəyə daim hazır olduğunu ifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
5
azertag.az

6Mənbələr