AZ

Pişiyiniz nə üçün sizlə yatır? əsl səbəb tam fərqli imiş

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Günlərinin böyük hissəsini yatmaqla keçirən pişiklərin yuxu yeri seçimi tamamilə təsadüfi deyil. Bəzi pişiklər divanın künclərini seçdiyi halda, bəziləri sahiblərinin yanından ayrılmaq istəmir. Xüsusilə gecələr yatağa gələn pişiklər sahiblərinin ağlında suallar yaradır.

Milli.Az xəbər verir ki, ekspertlərin fikrincə, pişiklərin sahibləri ilə eyni yataqda yatmasının arxasında maraqlı və strateji səbəblər dayanır.

Qoxu vasitəsilə gələn təhlükəsizlik hissi

Pişiklər təbiətləri gərəyi ətraflarını böyük ölçüdə qoxu vasitəsilə qəbul edirlər. Sahibinin qoxusu onlar üçün təhlükəsizlik, doğmalıq və aidiyyat mənası daşıyır.

Yataqlar insan qoxusunun ən sıx hiss olunduğu yerlərdən biri olduğu üçün pişiklər tərəfindən dinc bir bölgə kimi görülür. Təhlükə riskinin az olduğu və yad qoxuların tapılmadığı sahələr pişiklərin yuxu yeri seçərəkən ən çox önəm verdiyi məqamlardandır. Həmçinin yerdən hündürdə (yataqda) olmaq onlara ətrafı daha rahat müşahidə etmək imkanı və olası təhlükələrə qarşı nəzarət hissi verir.

Bağ qurma və güvən göstəricisi

Pişiklər müstəqil xarakterləri ilə tanınsalar da, güclü emosional bağlar qura bilirlər. Yuxu anı canlıların ən müdafiəsiz olduğu vaxt dilimidir. Pişiyin sahibinə yaxın yatması qarşılıqlı güvən hissinin göstəricisidir.

Burada ana-bala əlaqəsi də rol oynayır. Kiçik yaşlarında anasına sığınaraq yatan pişiklər, böyüdükdən sonra bənzər yaxınlığı və istiliyi sahibində axtarırlar. Yuxu zamanı toxunmaq istəyi bu bağın gücləndiyinə işarədir.

İstilik və rahatlıq axtarışı

Pişiklər isti yerlərə qarşı təbii bir sevgi bəsləyirlər. Günəş düşən pəncərə önləri, istilik sistemlərinin kənarları və insan bədəni onlar üçün ideal nöqtələrdir.

İnsan bədəninin yaydığı temperatur pişiklər üçün çox cəlbedicidir. Yatağın yumşaqlığı, yorğanlar və yastıqlar isə onlara əlavə rahatlıq bəxş edir. Gündüzlər fərqli yerlərdə yatan pişiklər, gecə saatlarında daha isti və sabit olan sahiblərinin yanına yönəlirlər.

Pişiklər onlara həddindən artıq diqqət göstərən insanı deyil, daha çox sabit və güvənli münasibət quran şəxsi seçirlər. Onlarla oyun oynayan, yemək saatlarını gecikdirməyən, qum qabını müntəzəm təmizləyən şəxs zamanla onların sevimli insanına çevrilir.

Davranış mütəxəssislərinin fikrincə, pişik ehtiyaclarının mütəzəm qarşılandığı insana yaxın durmağı üstün tutur və stress anlarında da birbaşa həmin şəxsə sığınır.

Pişiklər toxunulma və sevilmə mövzusunda çox seçicidirlər. İstəmədikləri anlarda zorla qucağa alınmaq onlarda mənfi reaksiya doğurur.

Səbirli davranan, məsafəni qoruyan və pişiyin bədən dilini (quyruq hərəkətlərini, qulaq pozisiyasını) düzgün oxuyan insanlar heyvanın gözündə daha etibarlı olurlar. Sakit səs tonu və proqnozlaşdırıla bilən hərəkətlər pişiklərin üstünlük verdiyi xüsusiyyətlərdir. Xüsusilə böyük pişiklər gərgin enerjili insanlardan uzaq durmağa çalışırlar.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
news.milli.az

1Mənbələr