Rusiyanın Samara vilayətinin Sızran şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı iki nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanlar var. Lakin sayları dəqiqləşdirilməyib.
Yerli sakinlər Sızran Neft Emalı Zavodunda neft emalı obyektinin, həmçinin fərdi yaşayış sektorunda bəzi ərazilərin yandığını bildirirlər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta