AZ

Ronaldo "Sumqayıt"dan getdi

"Sumqayıt"da ilk ayrılıq baş tutub.

Bizim.Media xəbər verir ki, Ronaldo Vaskez mövsümün sonunu gözləmədən vətəninə (Dominikan Respublikası) qayıdıb.

Orta sahə oyunçusu bu səbəbdən Premyer Liqanın 33-cü turunda "Qarabağ"la görüşdə heyətdə yer almayacaq.

Əslində klub dominikanlının qalması üçün cəhdlər edib. Amma danışıqlar bir fayda verməyib.

Bu ayın sonu müqaviləsi başan çatan 26 yaşlı yarımmüdafiəçi yeni anlaşma barədə düşünmədiyini açıq bildirib.

Bizim.Media

Seçilən
66
bizim.media

1Mənbələr