AZ

Ukraynada Rusiya ordusu son sutkada daha 910 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 910 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 352 min 980 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 54 artilleriya sistemi və 5 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
27
19
missiya.az

10Mənbələr