AZ

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Bakı, 21 may, AZƏRTAC

Çinin və ABŞ-nin hüquq-mühafizə orqanları beynəlxalq narkoticarət kanallarının ləğvi üzrə birgə işlək mexanizm yaradıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Qurumun “WeChat” sosial şəbəkə səhifəsində qeyd olunduğu kimi, 2024-cü ildən bəri iki ölkənin narkotiklərlə mübarizə orqanları yeni psixotrop maddələrin transmilli ticarəti işini birgə araşdırır. Məsələn, fevral ayında ABŞ tərəfinin verdiyi məlumatlar əsasında Tyantszin şəhər (Mərkəzi Çin) polisi narkotik ticarəti ilə məşğul olan şübhəlini saxlayıb və qadağan edilmiş preparatların tədarük kanalını aşkar edib.

Nazirlik bildirib ki, bu işin üstünün uğurla açılması nəinki Çin ilə ABŞ arasında narkotiklərlə mübarizədə birgə əməkdaşlıq mexanizmini nümayiş etdirdi, həmçinin iki ölkənin transsərhəd cinayətkarlığa qarşı birgə mübarizəsinin praktik nəticəsinə çevrildi.

Qeyd olunub ki, Pekin və Vaşinqton narkoticarətə qarşı mübarizədə qəti mövqe tutur və ona qarşı maksimum dözümsüzlük nümayiş etdirirlər.

Seçilən
77
2
azertag.az

3Mənbələr