AZ

Alman siyasətçi: Merts diplomatiyadan heç nə anlamır

BAKI, 21 may. TELEQRAF

Mixael Lüders Almaniya kansleri Fridrix Mertsin diplomatiyadan baş çıxarmadığını bildirib.

Teleqraf xəbər verir ki, Almaniyanın “Sara Vagenknext İttifaqı” partiyasının sədr müavini Mixael Lüders bu fikirləri “Berliner Zeitung” qəzetinə müsahibəsində səsləndirib.

O, hökumət başçısını Ukrayna və Yaxın Şərq münaqişələrinə münasibətdə ikili standartlarda ittiham edib.

Lüders həmçinin “Drujba” boru kəməri ilə enerji tədarükünün dayandırılmasından sonra Almaniya iqtisadiyyatının üzləşdiyi enerji böhranının nəticələri ilə bağlı narahatlığını ifadə edib.

Siyasətçi hakimiyyətin alternativ xammal mənbələri tapa biləcəyinə şübhə etdiyini bildirib.

“Əgər Hörmüz boğazı bağlı qalarsa və Şvedtdəki neft emalı zavodu artıq Rusiya və Qazaxıstandan enerji daşıyıcıları ala bilməzsə, neft və qaz haradan gətiriləcək?” - deyə Lüders sual edib.

Bundan əvvəl Alisa Vaydel Almaniyada siyasi dönüşün qaçılmaz olduğunu bildirmişdi.

Seçilən
95
teleqraf.com

1Mənbələr