AZ

Faşist diktatorun nəvəsi qalib oldu - Video

İtalyan faşist diktator Benito Mussolininin nəvəsi Alessandra Mussolini İtaliyada keçirilən “Big Brother” (“Grande Fratello”) realiti şousunun qalibi olub.
BUTA.TV” xəbər verir ki, 63 yaşlı Alessandra Mussolini finalda 15 iştirakçını geridə qoyaraq birinci yeri qazanıb. Təxminən 1500 saat davam edən yarışmada onun 100 min avro mükafat əldə etdiyi bildirilir. Qalibin bu məbləğin yarısını xeyriyyə təşkilatlarına bağışlayacağı qeyd olunur. Qalibiyyətdən sonra “Canale 5”də çıxış edən Mussolini “Hər şeydən tam zövq aldım. Heç bir peşmanlığım yoxdur” deyib. Qeyd edək ki, Alessandra Mussolini həm də kino ulduzu Sofi Lorenlə ailəvi qohumluğa malikdir, o, Lorenin bacısı Mariya Skikolonenin övladıdır. Mussolini daha əvvəl də televiziya layihələrində iştirak edib. O, 2020-ci ildə “Dancing with the Stars (Italy)” yarışmasında üçüncü yeri tutmuşdu. O, həm Avropa Parlamenti, həm də İtaliya parlamentində deputat kimi fəaliyyət göstərib və müxtəlif siyasi və media layihələrində iştirak edib.
Seçilən
106
1
buta.tv

2Mənbələr