AZ

AL: "Aston Villa" İstanbulda tarix yazdı

Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, final matçında Almaniyanın "Frayburq" və İngiltərənin "Aston Villa" komandaları qarşılaşıblar.

Unay Emerinin rəhbərlik etdiyi İngiltərə təmsilçisi matç boyu oyuna tam nəzarət edərək "Frayburq"u 3:0 hesabı ilə məğlub edib. Bu, Unay Emerinin karyerasındakı 5-ci Avropa Liqası kubokudur. O, bu turniri ən çox qazanan məşqçi kimi özünə məxsus olan rekordu daha da əlçatmaz edib. Birmingem təmsilçisi üçün bu, tarixindəki ilk UEFA Avropa Liqası çempionluğudur.

Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.

UEFA Avropa Liqası
Final
20 may

"Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə) 0:3

Qollar: Y.Tilemans, 41. E.Buendia, 45+3. M.Rocers, 58.
Baş hakim: Fransua Leteksye (Fransa).
İstanbul. "Beşiktaş Park" stadionu.

Seçilən
5
fanat.az

1Mənbələr