AZ

ABŞ-nin Baş prokuroru: Raul Kastronun öz istəyilə və ya başqa bir şəkildə burada görünəcəyini gözləyirik

Vaşinqton, 20 may, AZƏRTAC

Federal hökumət ittiham etdiyi və ABŞ xaricində olan insanları ədalət mühakiməsinə cəlb etmək üçün müxtəlif metodlardan istifadə edir.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-nin Baş prokuroru Todd Blanş Kubanım sabiq prezidenti Raul Kastronu məhkəmə qarşısına nə zaman çıxaracağı ilə bağlı suala cavabında deyib.

“Onun həbsi üçün order verildi. Ona görə də onun öz istəyilə və ya başqa bir şəkildə burada görünəcəyini gözləyirik”,- deyə Baş prokuror bildirib.

Blanş əlavə ittihamların irəli sürülüb-sürülməyəcəyinə dair suala cavabında bu kimi araşdırmaların heç vaxt bitmədiyini söyləyib.

ABŞ Ədliyyə Departamenti Kubanın 94 yaşlı sabiq prezidenti Raul Kastroya qarşı 1996-cı ildə iki mülki təyyarənin vurulması və humanitar qrupa hücum etməklə bağlı ittiham irəli sürüb.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
52
4
azertag.az

6Mənbələr