AZ

Kastronun öz istəyi ilə ABŞ a gələcəyini gözləyirik Blanş

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Federal hökumət ittiham etdiyi və ABŞ xaricində olan insanları ədalət mühakiməsinə cəlb etmək üçün müxtəlif metodlardan istifadə edir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Baş prokuroru Todd Blanş Kubanın keçmiş prezidenti Raul Kastronu məhkəmə qarşısına nə zaman çıxaracağı ilə bağlı suala cavabında deyib.

“Onun həbsi üçün order verildi. Ona görə də onun öz istəyilə və ya başqa bir şəkildə burada görünəcəyini gözləyirik”, - deyə Baş prokuror bildirib.

Qeyd edək ki, ABŞ Kubanın 94 yaşlı sabiq prezidenti Raul Kastroya qarşı 1996-cı ildə iki mülki təyyarənin vurulması və humanitar qrupa hücum etməklə bağlı ittiham irəli sürüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
3
axar.az

6Mənbələr