AZ

“Hörmüz boğazı ilə bağlı qərar konsensus əsasında veriləcək” - Əli Mustafayev

"Hörmüz boğazı uzun müddətdir bağlı vəziyyətdədir və bu müddət ərzində ABŞ onun açılması üçün dəfələrlə cəhd göstərib. Vaşinqton eyni zamanda NATO müttəfiqlərinə də müraciət edərək dəstək istəyib. Lakin Avropa ölkələri müxtəlif səbəblərlə bu təşəbbüsə ehtiyatlı yanaşıblar. Müxtəlif mövqelər səsləndirilib. Almaniya rəsmiləri bildiriblər ki, bu məsələ ilə bağlı onlarla məsləhətləşmə aparılmayıb. NATO isə qərarın alyans daxilində ümumi razılıq əsasında qəbul edilməli olduğunu vurğulayıb. Çünki NATO-da qərarlar konsensus yolu ilə verilir və yalnız ABŞ-nin çağırışı ilə hərbi müdaxilə mümkün deyil. Bir sıra Avropa rəsmiləri Hörmüz boğazının NATO-nun əsas fəaliyyət məkanı olmadığını açıqlayıblar".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, "Bloomberg” agentliyi adı açıqlanmayan yüksək rütbəli NATO rəsmisinə istinadən xəbər verir ki, əgər iyul ayına qədər naviqasiya azadlığı bərpa olunmazsa, alyans Hörmüz boğazından keçən ticarət gəmilərinə dəstək göstərilməsi məsələsini nəzərdən keçirə bilər.

Siyasi şərhçi qeyd edib ki, bu, ABŞ ilə Avropa NATO ölkələri arasında məsələyə yanaşmada fərqlərin olduğunu göstərir.

Seçilən
28
aznews.az

1Mənbələr