AZ

Mourinyodan “Real” rəhbərliyinə siyahı Azı 4 transfer istədi

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo artıq komandanın heyətini gücləndirmək üçün planlar qurmağa başlayıb.

“Qafqazinfo” “The Touchline” nəşrinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “kral klubu”nun rəhbərliyinə müraciət edərək eyni vaxtda bir neçə mövqeyin gücləndirilməsini tələb edib.

Mənbənin məlumatına görə, portuqaliyalı çalışdırıcı rəhbərlikdən ən azı 4 yeni futbolçunun transfer olunmasını istəyib.

Mourinyonun komandasında görmək istədiyi mövqelər aşağıdakılardır:

1. Bir və ya iki mərkəz müdafiəçisi;

2. Sağ cinah müdafiəçisi;

3. Bir və ya iki yarımmüdafiəçi;

4. Sağ cinah hücumçusu (vinger).

Xatırladaq ki, J. Mourinyo 2010-2013-cü illərdə də “Real”a rəhbərlik edib. Sözügedən dövrdə o, komanda ilə İspaniya çempionluğu, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb. Portuqaliyalı mütəxəssisin son iş yeri Lissabonun “Benfika” klubu olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
qafqazinfo.az

4Mənbələr