AZ

"Təmiz hava olmadan sağlam şəhər ola bilməz" -

"Azərbaycanda 2040-cı ilə qədər daha dayanıqlı nəqliyyat sistemi, geniş yaşıllıq zonaları və təmiz enerji istifadəsinə əsaslanan ekoloji şəhər modelinin formalaşdırılması hədəflənir".Metbuat.az xəbər verir ki, bunu İDEA İctimai Birliyinin nümayəndəsi Ceyhun Hüseynov “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransda deyib.
Onun sözlərinə görə, hava çirklənməsi dünyada ölüm hallarının əsas səbəblərindən biridir və hər il beş yaşdan kiçik təxminən 700,000 uşaq uşaq bu səbəbdən həyatını itirir.C.Hüseynov qeyd edib ki, təmiz hava olmadan sağlam şəhər modelinin qurulması mümkün deyil və bu məsələ xüsusilə uşaqların sağlamlığı və şəhər icmalarının məhsuldarlığı baxımından böyük əhəmiyyət daşıyır.

Aynur Abdınova / Metbuat.az

Seçilən
25
metbuat.az

1Mənbələr