AZ

Gemini istifadəçilərinin nəzərinə!

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Google süni intellekt platforması Gemini-nin istifadə limitlərində ciddi dəyişiklik edib. İndi sistemdə sabit mesaj sayı əvəzinə, əməliyyatların mürəkkəbliyi və sistemə saldığı yük əsas götürülür.Demokrat.az xəbər verir ki, texnologiya nəhəngi artıq istifadəçinin neçə əmr verməsini deyil, həmin əmrin nə qədər hesablama gücü tələb etdiyini hesablayır. Yeni sistemə görə, qısa mətn yazan şəxslə böyük faylları analiz edən, şəkil və ya video hazırladan şəxsin limitləri eyni qaydada tükənməyəcək.Təhlillərə görə, platformada tətbiq edilən yeni qaydalar "Deep Research", təsvir və video istehsalı, eləcə də geniş düşünmə modları ("Deep Think") kimi ağır alətləri birbaşa təsir edir. Google-un dəstək səhifəsində verilən məlumata əsasən, istifadəçilər limitə yaxınlaşdıqda tətbiq daxilində xəbərdarlıq alacaqlar.Ödənişli paketlərin limitləri isə standart versiya ilə müqayisədə xeyli yüksəkdir. "Google AI Plus" istifadəçiləri standart limitdən 2 dəfə, "Google AI Pro" 4 dəfə, "Google AI Ultra" isə 20 dəfə çox əməliyyat imkanına malikdir. Məsələn, baza versiyada "Gemini 3.1 Pro" modelinə məhdud giriş verildiyi halda, "Plus" paketində gündəlik 30, "Pro" paketində 100, "Ultra" paketində isə 500 əmr yerinə yetirmək mümkündür.Video istehsalı tərəfində də ciddi fərqlər var. Baza versiyada video yaratmaq funksiyası yoxdur. "Plus" və "Pro" istifadəçiləri "Veo 3.1 Lite" aləti ilə müvafiq olaraq gündə 2 və 3 video, "Ultra" istifadəçiləri isə "Veo 3.1 Pro" ilə gündə 5 video hazırlaya bilərlər. Kontekst pəncərəsinin həcmi də fərqlidir. Pulsuz paketdə bu göstərici 32 min token, "Plus" versiyada 128 min token, yuxarı paketlərdə isə 1 milyon tokendir.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
demokrat.az

1Mənbələr