AZ

Praqada azərbaycanlı rəssamın qalereyası açılıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Praqa, 20 may, AZƏRTAC

Praqanın tarixi mərkəzində, Köhnə Şəhər Meydanının yaxınlığında “Delyafruz” qalereyasının rəsmi açılışı olub. Bu yeni incəsənət məkanı artıq müasir incəsənət və rəngkarlıq bilicilərinin diqqətini cəlb edib.

AZƏRTAC xəbər verir ki, “Delyafruz” Praqada azərbaycanlı rəssam tərəfindən təsis edilən ilk qalereyadır. Onun təsisçisi təsviri incəsənət üzrə fəlsəfə doktoru, rəssamlıq və batika sahəsində əsərləri ilə tanınan Deləfruz Bağırovadır. Bu qalereyada həm rəssamın Azərbaycan milli koloritini və Praqa motivlərini özündə birləşdirən orijinal əsərləri nümayiş ediləcək, həm də digər rəssamların sərgiləri təşkil olunacaq.

Açılış mərasimində Praqanın yaradıcı ziyalılarının nümayəndələri, Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin əməkdaşları və “Natəvan” Çex mədəniyyət cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Gecə mədəni dialoq və yaradıcı ünsiyyət atmosferində keçib. Qonaqlar qalereyanın ekspozisiyası ilə tanış olublar, burada D.Bağırovanın simvolizm, fəlsəfi dərinlik və ifadəli rəng estetikası ilə seçilən əsərləri nümayiş olunub.

“Delyafruz” qalereyasının açılışı təkcə rəssamın yaradıcı tərcümeyi-halında deyil, həm də Praqanın mədəni həyatında əlamətdar hadisə olub. Butik qalereyanın məkanı görüşlər, sərgi layihələri və beynəlxalq bədii əməkdaşlıq üçün platforma kimi düşünülüb və müasir tendensiyalara və yaradıcı təcrübələrə açıqdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
100
azertag.az

1Mənbələr