JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

SOCAR-da Qrup müəssisələrinin insan resursları strukturlarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı “Rotasiya” və “SOCAR Qrup daxili namizədlərin seçim prosesinə cəlb edilməsinin tənzimlənməsi haqqında” prosedurlarının təqdimatı edilib və karyera inkişafı mexanizmləri ilə bağlı tətbiq edilən vahid prinsiplərdən bəhs olunub.

Görüş çərçivəsində keçirilən interaktiv sessiyada əməkdaşların sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib.

Bu təşəbbüs SOCAR-da davamlı istedad inkişafına, bilik mübadiləsinin gücləndirilməsinə və insan kapitalının strateji idarə edilməsinə xidmət edir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX