AZ

Qəbələ və Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək

Sabah saat 10:00-dan etibarən Qəbələ rayonu Bum qəsəbəsi, Həmzəlli, Qəmərvan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirlib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır.

Həmçinin görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 11:00-dan Zaqatala rayonu Muxax kəndinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Seçilən
26
1
bizim.media

10Mənbələr