
Azərbaycanın azad edilmiş ərazilərində mina təhlükəsi səbəbindən bərpa işlərinin templəri üçün ciddi məhdudiyyətlər qalmaqdadır.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev Bakıda keçirilən WUF13 çərçivəsində "Dirçəliş və urbisid: davamlı şəhər inkişafı və dayanıqlı icmalar" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, ərazilərin əhəmiyyətli hissəsi minalanmış vəziyyətdə qalır ki, bu da tikinti və infrastruktur layihələrinin icrasına birbaşa təsir göstərir: "Buna görə bəzi tikinti işləri daha yavaş gedir".
V.Hacıyev qeyd edib ki, minalardan təmizləmə azad olunmuş ərazilərin bərpası prosesinin əsas istiqamətlərindən biridir.
O əlavə edib ki, minalardan təmizləmə işləri dövlət və özəl qurumlar tərəfindən aparılır.