Bakı, 20 may, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rutte bir neçə ölkənin Hörmüz boğazında naviqasiya azadlığının bərpası əməliyyatlarında mümkün iştirak üçün Yaxın Şərqə gəmilərini göndərməsini vacib hesab edir.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
“Bir çox ölkənin naviqasiya azadlığını təmin etmək planları ətrafında birləşməsi vacibdir. Bəziləri, o cümlədən Fransa, Belçika, Niderland, İtaliya, Almaniya, Birləşmiş Krallıq və digərləri bölgəyə qüvvələrini çəkir”, - deyə o bildirib.
Rutte bu hazırlığı boğazın açılması üçün əsas amil hesab edir.