AZ

WUF13 ali təhsil müəssisələrinin tanıdılması üçün yeni imkanlar açır Məzahir Məmmədli

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Hazırda ölkəmizdə keçirilən WUF13 forumu şəhərsalma, dayanıqlı inkişaf və innovativ urbanizasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirən mühüm platformadır. Maraqlıdır, bu forum çərçivəsində Azərbaycanın müvafiq ali təhsil müəssisələri ilə xarici universitetlər arasında əməkdaşlıqlar qurula bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, keçirilən bu böyük forumun Azərbaycan ali təhsil müəssisələri üçün də əhəmiyyəti var:

"Bilirsiniz ki, Azərbaycanın əksər universitetləri həmin forumda öz stendləri ilə təmsil olunur. Yəni onlar hansısa formada orada iştirak edirlər və bu da universitetlərə yüzdən artıq ölkənin nümayəndələri ilə birbaşa əlaqə qurmaq, həmin ölkələrin elm adamları ilə ünsiyyətdə olmaq imkanı yaradır. Xüsusilə inşaat yönümlü ixtisasları təmsil edən universitetlər həmin ölkələrdən gələn nümayəndələrlə daha sıx əməkdaşlıq etməli, əlaqələr qurmalı və öz potensiallarını, imkanlarını təqdim etməyi bacarmalıdırlar. Mənim bildiyimə görə, artıq Azərbaycandan ən azı on universitet orada təmsil olunur. Həm tələbələr könüllü kimi iştirak edirlər, həm də universitetlər ayrıca stendlərlə təmsil olunurlar. Bu da gələcək üçün geniş imkanlar açır. Yəni bir tərəfdən beynəlxalq təcrübəni öyrənmək üçün xaricə getmək var, digər tərəfdən isə həmin ölkələrin nümayəndələrinin birbaşa burada olması var. Heç bir əlavə çətinlik olmadan onlarla əlaqə qurmaq, öz ölkəmizdə onların təcrübəsini öyrənmək, iş imkanlarını və tələbə qəbulu imkanlarını təqdim etmək mümkündür. Düşünürəm ki, bu proses universitetlərə xarici tələbələrin cəlb olunması üçün geniş imkanlar yaradacaq. Eyni zamanda onların inşaat təmayüllü fakültələrinin və ixtisaslarının tanıdılması istiqamətində də müəyyən faydalar verəcək".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
1
redaktor.az

2Mənbələr