AZ

"Media dövlətlər arasında etimad körpüsüdür" -

“Media artıq yalnız informasiya ötürən platforma deyil, həm də ictimai maarifləndirmə, vətəndaş iştirakçılığı və dövlətlə cəmiyyət arasında etimad körpüsüdür”.Mətbuat.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Media mənzil təminatı və şəhər davamlılığı üzrə ictimai müzakirələrin hərəkətverici qüvvəsi kimi" adlı tədbirdə çıxışı zamanı qeyd edib. O bildirib ki, müasir dövrdə urban dayanıqlılığı və mənzil siyasəti cəmiyyətlərin gələcəyini formalaşdıran əsas istiqamətlərdən birinə çevrilib. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, əhali artımı, miqrasiya və sosial transformasiyalar yalnız dayanıqlı şəhər siyasəti deyil, həm də güclü ictimai iştirakçılıq və inklüziv dialoq tələb edir.R.Bağırov qeyd edib ki, şəhərsalma, mənzil siyasəti, ekoloji risklər və sosial çağırışlarla bağlı məlumatların ictimaiyyətə düzgün çatdırılması insanların qərarvermə prosesinə münasibətinə və ictimai etimada birbaşa təsir göstərir.Onun sözlərinə görə, dayanıqlı şəhər inkişafı yalnız infrastruktur və iqtisadi investisiyalarla məhdudlaşmamalıdır:“Bu proses məlumatlı cəmiyyətin formalaşdırılmasını, dövlət qurumları ilə vətəndaşlar arasında effektiv kommunikasiya və konstruktiv əməkdaşlığı da tələb edir”.Paneldə vurğulanıb ki, məsuliyyətli və peşəkar media dayanıqlı urban inkişaf, mənzil əlçatanlığı, sosial inklüzivlik və ekoloji məsuliyyət sahələrində sağlam ictimai müzakirələrin formalaşmasına mühüm töhfə verir.Çıxış zamanı Azərbaycanda media sahəsində həyata keçirilən islahatlara da toxunulub. Qeyd olunub ki, Azərbaycan Prezidenti tərəfindən 2021-ci ilin yanvarında imzalanmış media islahatları ilə bağlı fərman dövlətin media sahəsinin inkişafına verdiyi önəmin göstəricisidir.

Gülbəniz Hüseynli /Metbuat.az

Seçilən
39
metbuat.az

1Mənbələr