AZ

Kataloniya Hökuməti: Şəhərin transformasiyası zamanı hamı məsuliyyət daşıyır

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xüsusilə mənzil təminatı, məşğulluq, ictimai xidmətlərə çıxış və həssas qrupların müdafiəsi kimi sahələr diqqət mərkəzində olmalıdır.

APA xəbər verir ki, bunu İspaniya Krallığının Kataloniya Hökumətinin Ərazi Planlaşdırması, Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elisabet Çiriçi WUF13 çərçivəsində keçirilən “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər rejenerasiyası” adlı forumda bildirib.

O bildirib ki, şəhərin transformasiyasından danışanda bəzi məsələlər prioritet olmalıdır: “Şəhərin transformasiyası zamanı hər bir fərd, dövlət qurumları və aidiyyəti tərəflər hamısı məsuliyyət daşıyır. Bu proses təkcə fiziki yenilənmə ilə məhdudlaşmamalı, həm də sosial ədalət və inklüzivlik prinsiplərinə əsaslanmalıdır.

Sosial məsələlər də mütləq öz həllini tapmalıdır. Bu işlər görülərkən hər bir layihə yalnız lokal ehtiyaclara cavab verməməli, eyni zamanda nümunəvi yanaşma kimi formalaşmalı və şəhər problemlərinin daha geniş, qlobal həllinə töhfə verməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
2
apa.az

3Mənbələr