AZ

Kosta-Rikanın sabiq prezidenti: İdman şəhərlərin daha dayanıqlı və inklüziv inkişafına töhfə verir

İdman cəmiyyətləri birləşdirən və şəhərlərin daha dayanıqlı inkişafına töhfə verən güclü vasitədir.

APA-Economics” xəbər verir ki, bu fikirlər WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyasına video müraciətdə Kosta Rikanın sabiq prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü və BMT yanında daimi müşahidəçisi Laura Çinçilla tərəfindən səsləndirilib.

Video müraciətdə bildirilib ki, idman təkcə fiziki fəaliyyət deyil, həm də insanları bir araya gətirən, sosial həmrəyliyi gücləndirən və şəhərlərdə inklüzivliyin artmasına xidmət edən universal dildir.

Laura Çinçilla qeyd edib ki, qlobal çağırışların artdığı bir dövrdə idman dialoqu təşviq edir, icmaları yaxınlaşdırır və şəhərlərin daha sağlam və dayanıqlı inkişafına dəstək verir.

Seçilən
39
2
apa.az

3Mənbələr