AZ

Kosta Rikanın sabiq prezidenti: İdman şəhərlərin inklüziv inkişafına töhfə verir

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İdman cəmiyyətləri birləşdirən və şəhərlərin daha dayanıqlı inkişafına töhfə verən güclü vasitədir.

“APA-Economics” xəbər verir ki, bu fikirlər WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyasına videomüraciətdə Kosta-Rikanın sabiq prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü və BMT yanında daimi müşahidəçisi Laura Çinçilla tərəfindən səsləndirilib.

Videomüraciətdə bildirilib ki, idman təkcə fiziki fəaliyyət deyil, həm də insanları bir araya gətirən, sosial həmrəyliyi gücləndirən və şəhərlərdə inklüzivliyin artmasına xidmət edən universal dildir.

Laura Çinçilla qeyd edib ki, qlobal çağırışların artdığı bir dövrdə idman dialoqu təşviq edir, icmaları yaxınlaşdırır və şəhərlərin daha sağlam və dayanıqlı inkişafına dəstək verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
apa.az

3Mənbələr