ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi Qlobal Cənub QHT Platforması ilə sıx əməkdaşlıq edəcək. Xüsusilə Cənub-Cənub və üçtərəfli əməkdaşlıq üzrə Qlobal Alyans vasitəsilə birgə fəaliyyət göstərəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib deyib.
UNOSSC direktoru platformanın gələcəkdə BMT-nin rəsmi tərəfdaşına çevrilməsi ehtimalına da münasibət bildirib. “Onlar artıq tərəfdaşdırlar. Qlobal Alyansın üzvünə çevrilməklə tərəfdaş statusu qazanıblar”, - deyə o əlavə edib.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ceyhun Mustafayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.