AZ

“Şəhərsalma və infrastruktur layihələri geniş vüsət alır” - Türkmənistan rəsmisi

Hazırda Türkmənistanın Arkadağ şəhərinin xüsusi inkişafına diqqət yetirilir. İlk növbədə mühəndislik və nəqliyyat infrastrukturunun inkişafı əsas prioritetlər sırasındadır. Bu çərçivədə dəmir yolu stansiyası, avtovağzal və yol şəbəkəsinin tikintisi həyata keçirilir. Bu layihələr şəhərin inkişafı və daha geniş inteqrasiyası üçün yeni imkanlar yaradır”. 


Manset.az xəbər verir ki, bu fikirləri Türmənistanın Arkadağ şəhərinin icra başçısının müavini Nazar Joytyyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 çərçivəsində keçirilən panel müzakirələri zamanı bildirib.

Nazar Joytyyev bildirib ki, şəhərdə sakinlərin aktiv istirahəti üçün stadionlar, idman kompleksləri və parklar inşa edilib. Bu məkanlar oyun meydançaları, qaçış və velosiped yolları, qolf təlim zonaları və stolüstü oyun sahələri ilə təchiz olunub.

Onun sözlərinə görə, vətəndaşların sağlamlığı Türkmənistan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Eyni zamanda şəhərdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də rahat və uyğun mühit yaradılıb.

Bu məqsədlə şəhərdə Qurbanqulu Berdimuhammedov Uşaq Sağlamlıq və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti Qurbanqulu Berdimuhammedov Xeyriyyə Fondu tərəfindən dəstəklənir və burada ən müasir elmi nailiyyətlərə əsaslanan tibbi və reabilitasiya avadanlıqlarından istifadə olunur.


Fidan Vəlisoy 
Seçilən
13
manset.az

1Mənbələr