AZ

"Mən əvvəllər heç vaxt..."

“Oyun ərzində çətin anlar yaşadıq. Buna baxmayaraq, hesabda tarazlığı bərpa edib, daha sonra qələbə qazana bildik. Bunun nəticəsində Konfrans Liqasına vəsiqəni təmin etdik. Buna görə çox xoşbəxtəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Freddi Varqas “Sabah” üzərində 2:1 hesablı qələbə haqda danışarkən deyib.

27 yaşlı cinah oyunçusu “Neftçi”nin avrokuboklara qayıdışının klub üçün böyük önəm daşıdığını vurğulayıb:

“Neftçi” böyük klubdur. Burada hər birimiz bir ailə kimiyik. Hamımız birlikdə komandanın daha da irəli getməsi üçün əlimizdən gələni edəcəyik. Mən əvvəllər heç vaxt avrokuboklarda iştirak etməmişəm. Buna görə də bu, mənim üçün ilk və unudulmaz təcrübə olacaq”.

Seçilən
31
sportinfo.az

1Mənbələr