AZ

Sarkisyan HƏRƏKƏTƏ KEÇDİ: “Paşinyanı devirmək lazımdır”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan seçki ərəfəsində növbəti dəfə Nikol Paşinyana qarşı sərt bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, revanşist düşərgənin fiqurlarından sayılan Sarkisyan yaydığı videomüraciətdə Paşinyan hakimiyyətini “məhvedici rejim” adlandırıb.

“Facebook” səhifəsində yayılan müraciətdə o, Ermənistan vətəndaşlarını seçkilərdə hakimiyyətin dəyişməsi üçün səs verməyə çağırıb.

“Bugünkü alçaldılmaya son qoyacaq qüvvələr seçilməlidir”, - deyə Serj Sarkisyanın bəyanatında bu ifadə yer alıb.

Bundan başqa, Sarkisyan mövcud hakimiyyəti məxfi sövdələşmələrdə ittiham edib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 19 siyasi qüvvə – 2 blok və 17 partiya iştirak edəcək. Bununla belə, Serj Sarkisyanın partiyası seçkilərə qatılmır. Onun özü də namizədlər arasında yer almır.

Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr