AZ

Gülşən Rzayeva: Şəhərlər elə layihələndirilməlidir ki, əhali infrastrukturdan rahat istifadə imkanına malik olsun

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

İctimai şəhər məkanlarının planlı şəkildə qurulması və urbanizasiya prosesinin düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva WUF13 çərçivəsində “Azərbaycanda ağıllı və davamlı şəhər layihələrinin təqdim edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.

G.Rzayeva bildirib ki, WUF yalnız siyasət müzakirələri və ya təqdimat platforması deyil, həm də müxtəlif tərəfdaşları bir araya gətirən mühüm əməkdaşlıq məkanıdır.

“WUF13 çərçivəsində ötən gün 335 əlilliyi olan şəxs forum məkanına rahat şəkildə daxil ola bilib. Şəhərlər elə layihələndirilməlidir ki, əhali infrastrukturdan rahat və bərabər şəkildə istifadə imkanına malik olsun”, - deyə Gülşən Rzayeva qeyd edib.

Fotoqraf - Azər İbrahimov

Video - Vüsal Tağıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
50
azertag.az

10Mənbələr