JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Unudulmaz izlər: Qərbi Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində Mədəniyyət Gecəsi keçiriləcək.

Layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən həyata keçirilir və Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin araşdırılması, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Tədbir çərçivəsində hazırlanmış videoçarxlar təqdim olunacaq, milli kimliyimizi və mədəni yaddaşımızı əks etdirən dəyərli materiallar ictimaiyyətə çatdırılacaq. Eyni zamanda musiqili kompozisiyalar təqdim ediləcək və tədbirin sonunda Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil olunacaq.

Tədbirin məqsədi Qərbi Azərbaycanın mədəni irsini tanıtmaq, gənc nəslin tariximizə marağını artırmaq və milli dəyərlərimizin qorunmasına töhfə verməkdir.

Məkan: Qərbi Azərbaycan İcmasının İnzibati binası

Tarix: 25 may 2026-cı il

Saat: 15:00

Qeydiyyat linki: https://forms.gle/JTpGvgbzS4fui6jw8

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX