AZ

I Liqaya daha məsuliyyətli hazırlaşmalıyıq Xankəndi ni çempion edən məşqçi

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Xankəndi" II Liqanı çempion başa vuraraq növbəti mövsüm I Liqada çıxış etmək hüququ qazanıb. Qarabağ təmsilçisinin baş məşqçisi Zaur Hacıyevlə əlaqə saxlayıb çempionluq təəssüratlarını, o cümlədən, növbəti mövsümlə bağlı planlarını soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Çətin marafon oldu. Rəqiblərimiz kifayət qədər mübarizə aparmağı bacardılar. Əsas rəqibimiz "Qaradağ Lökbatan"la sona qədər yarışdıq. Onlarla hər iki oyun gərgin, ağır keçdi. Lazım olan nəticəni əldə etdiyimiz üçün çox sevinirik. Uğura görə "Xankəndi" ailəsini təbrik edirəm.

Bildiyiniz kimi, mən komandanı ikinci dövrədən təhvil aldım. Həmin ərəfədə "Xankəndi" 2-ci yerdə qərarlaşmışdı. Məşqçi üçün çətin situasiyada komandanı götürmüşdüm. Öz adıma da sevindirici haldır ki, uğura nail ola bildim. Ancaq bunu mən tək edə bilməzdim. Rəhbərliyin diqqət və qayğısı, ayırdığı maliyyə, o cümlədən futbolçularımın əməyi sayəsində qızıl medallara sahib çıxdıq.

Sözsüz ki, I Liqa ilə II Liqa arasında fərqlər var. Xüsusilə gələn mövsüm iştirak edəcəyimiz çempionatda legionerin oynamasına icazə verilməsi qeyd olunmalıdır. Əcnəbi oyunçuların sayəsində bu liqanın səviyyəsi nisbətən yüksəkdir. Bundan başqa, daha təcrübəli futbolçuların oynaması I Liqanı Premyer Liqaya yaxınlaşdırır. Hər halda, "Karvan"la I Liqa təcrübəm olduğu üçün bunu bilirəm. I liqaya daha məsuliyyətli, daha yaxşı hazırlaşmalıyıq. 

Heyətdə dəyişiklik olacaqmı? Hələ rəhbərliklə görüşməmişəm. Növbəti mövsüm üçün strategiya, klubun hədəfləri bəlli olduqdan sonra transfer siyasətini ona uyğun qurmaq lazım gələcək. Klubla şəxsi münasibətimə də aydınlıq gətirməliyəm. Hələlik rəhbərliklə görüşümüz olmayıb".

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
fanat.az

2Mənbələr