AZ

Çin lideri Si Tsinpin "cəngəllik qanunu" bağlı Putinə xəbərdarlıq edib

Rusiya və Çin liderləri Trampın Pekin sammitindən bir neçə gün sonra görüşüb...

The Financial Times nəşri, Böyük Britaniya

Si Tsinpin Vladimir Putinə bildirib ki, dünya "cəngəllik qanununa" doğru sürüklənmək təhlükəsi ilə üzləşir. Bununlada Çin lideri Donaldı Trampı qəbul etməsindən cəmi bir neçə gün sonra Rusiya prezidenti qarşısında Pekini qlobal sabitliyin qarantı kimi təqdim etməyə çalışıb.

Rusiya və Çin liderləri çərşənbə günü Syanamyn meydanında görüşüb, ardından Xalq Qurultayları Evində ikitərəfli danışıqlar və dövlət ziyafəti keçirilib.

Sammit Çin-Rusiya əlaqələrinin möhkəmliyini bir daha təsdiq etmək məqsədi daşıyır. Bu, ABŞ-İsrail-İran müharibəsinin qlobal enerji bazarlarını və təchizat zəncirlərini alt-üst etdiyi bir dövrə təsadüf edir.

Çinin Şinxua Agentliyinin məlumatına görə, Si Tsinpin Putinə Körfəzdəki böhranın "kritik nöqtəyə" çatdığını bildirib və enerji tədarükünü və beynəlxalq ticarəti sabitləşdirmək üçün döyüşlərin dayandırılmasına bir daha çağırış edib.

Çin televiziyası iki liderin əllərində çiçəklərlə onları qarşılayan uşaqlar və sovet dövrünün mahnısı olan "Moskva Gecələri"ni ifa edən orkestr fonunda görüntülərini yayımlayıb.

Putin açılış nitqində "iki ölkə arasındakı əlaqələrin misilsiz səviyyəyə çatdığını" vurğulayıb. "Beynəlxalq arenada əlverişsiz amillərə baxmayaraq, ikitərəfli münasibətlərimiz sabit inkişaf etməkdə davam edir", deyə Putin 200 milyard dolları aşan ticarət həcmini və enerji sahəsindəki dərinləşən əməkdaşlığı qeyd edib.

Şinxua Agentliyinin məlumatına görə, Çin-Rusiya münasibətləri "sayısız sınaq və çətinliklərə baxmayaraq" qarşılıqlı siyasi etibarın möhkəmləndirilməsi və strateji əlaqələndirilməsi sayəsinde bugünkü səviyyəyə çatıb.

Çinin CCTV telekanalının verdiyi məlumata görə, Putinin Çin səfərindəki heyətinə "Rosneft" neft şirkətinin rəhbəri də daxil olmaqla bir sıra sahə şirkətlərinin rəhbərləri, həmçinin ölkənin Mərkəzi Bankının nümayəndələri qatılıb.

Kreml bildirib ki, tərəflər təxminən 40 yeni sənəd imzalayacaq və tərəfdaşlığın gücləndirilməsini vurgulayan 47 səhifəlik birgə bəyannamə yayımlayacaq.

Səfərdən əvvəl Kreml uzun müddətdir təxirə salınan "Sibirin Gücü-2" qaz kəmərinin — ildə 50 milyard kubmetr gücündə, əvvəllər Avropa bazarına xidmət edən Rusiya qaz yataqlarından Çinə uzanacaq bu boru xəttinin — iki lider arasında "ciddi" və "çox ətraflı" müzakirə olunacağını açıqlayıb.

Çin və Rusiya münasibətlərini qlobal sabitləşdirici qüvvə və "Qlobal Cənub"un inkişaf ölkələrinin birgə müdafiəçisi kimi göstərməyə çalışır — Putinin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı tam miqyaslı işğalın yol açdığı fəlakət, dağıntı və insan itkilerinə baxmayaraq.

"BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, BRIKS və G20 kimi çoxtərəfli formatlarda iki ölkə Qlobal Cənub ölkələrinin qanuni inkişaf hüquqlarını müdafiə etmək üçün sıx əməkdaşlıq edir", deyə Çin Kommunist Partiyasının qəzeti Global Times yazıb.

BRIKS birliyinə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası və bir sıra digər ölkələr daxildir.

"Əsas beynəlxalq və regional məsələlərdə iki dövlət başçısı sıx ünsiyyəti qoruyur. Daxili işlərə müdaxiləyə, birtərəfli sanksiyalara və eksterritorial yurisdiksiyaya qarşı çıxırlar", deyə qəzet bu ifadələrlə əslində ABŞ-ni tənqid edib.

Pekin müharibə dövründə Moskvaya daha çox rus enerjisi alaraq, Putinin hərbi maşını üçün vacib komponentlər tədarük edərək və Qərb sanksiyalarını dəf etməyə yardım edərək Rusiyanın iqtisadiyyatını ayaqda saxlayıb.

Analitiklər bildirirlər ki, Rusiyanın iqtisadi çətinlikləri ölkənin boru xətti sazişini bağlama ehtimalını artırır və bu, Moskvanın itirilmiş Avropa ixracatının bir hissəsini kompensasiya etməyin yeganə real yolu kimi qiymətləndirilir.

Rusiyanın büdcə kəsiri bu il kəskin artıb, inflyasiya sürətlənir, Ukraynaya qarşı müharibə xərcləri isə getdikcə böyüyür.

Keçən ilin sentyabrında iki ölkə boru xəttinin "inşasına dair memorandum" imzalayıb, lakin indiyədək qiymət və alış həcmləri barədə razılığa gəlməyiblər.

Putinin səfəri Si Tsinpinin keçən həftə ABŞ prezidenti ilə görüşməsinin ardından baş tutub — iki lider keçən ildəki ticarət müharibəsindəki çıxılmazlıqdan sonra münasibətlərdə "strateji sabitliyə" nail olmağa çalışacaqlarını bəyan ediblər. Görüş zamanı hər iki lider şəxsi dostluq münasibətlərini nümayiş etdirməyə çalışıb.

Çərşənbə günü Çin həmçinin Trampın səfəri zamanı elan etdiyi 200 "Boeing" təyyarəsinin alınmasını rəsmi olaraq təsdiqləyib. Çin Ticarət Nazirliyi bildirib ki, ABŞ aviasiya mühərrikləri və ehtiyat hissələrinin tədarükünə dair "kifayət qədər təminat" verib, lakin təfərrüatları açıqlamamayıb.

Nazirlik əlavə edib ki, Çin və ABŞ oktyabrda əldə edilən ticarət müharibəsi əriməsini uzatmaq üçün birgə işləyəcək və ikitərəfli kənd təsərrüfatı məhsulları ticarətinin genişləndirilməsi üçün istiqamətlər müəyyənləşdirəcək.

ABŞ tərəfinin Pekin sammitini qiymətləndirməsindən xəbərdar olan bir neçə mənbəyə görə, Si Tsinpin keçən həftəki danışıqlar zamanı Trampa bildirib ki, Putin Ukraynaya işğalına görə nəticədə peşman ola bilər. Çin Xarici İşlər Nazirliyi və Tramp bu məlumatı təkzib ediblər.

Poliqon.info

Seçilən
9
1
poliqon.info

2Mənbələr