AZ

Esvatinili iştirakçı: WUF13-də əldə etdiyimiz təcrübə ölkəmizdə insanların əlçatan mənzillərlə təmin olunmasına kömək edə bilər  

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) müxtəlif ölkələrin mənzil problemlərini və qeyri-yaşayış məntəqələri ilə bağlı məsələləri necə həll etdiyini öyrənirik. Həmçinin öz ölkəmizdə insanlarımızı necə dəstəkləmək və hamı üçün daha dayanıqlı şəhərlər qurmaq barədə təcrübə qazanırıq. Buna görə də burada olmaq, bir-birimizdən öyrənmək və fərqli təcrübələri bölüşmək çox önəmlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Esvatinidən olan Londiv Simelane bildirib.

"Bizim çoxlu gecəqondu ərazilərimiz və mənzil problemlərimiz var. Əhalimizin böyük hissəsi yoxsulluq şəraitində yaşayır və ya mənzil problemi ilə üzləşir. Burada əldə etdiyimiz mənzil həlləri və təcrübələr ölkəmizdə insanların daha münasib və əlçatan mənzillərlə təmin olunmasına kömək edə bilər. Mənzilə ehtiyacı olan insanlar üçün bu təcrübələr çox vacibdir", - deyə o qeyd edib.

Seçilən
3
2
azerbaijan-news.az

3Mənbələr