AZ

Onlar Sabir Rüstəmxanlını belə təbrik etdilər

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Xalq şairi Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin sərəncamı ilə Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif olunub.

O, bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

Gununsesi.info  xəbər verir ki, təltiflə əlaqədar olaraq ictimai-siyasi şəxslər Sabir Rüstəmxanlıya təbriklər ünvanlayıblar.

“Sabir bəy gənc yaşlarından “Şöhrət” ordeninə layiq görüldüyü günə qədər yazıb-yaradır. Vicdanı, xarakteri, cəsarəti, intellekti ilə seçilən şəxsiyyətdir. O, Milli Azadlıq hərakatının önündə gedənlərdən olub. Sabir bəyi daha çox 1988-ci ildə yazdığı “Ömür kitabı” adlı möhtəşəm əsəri ilə tanımışam. Kitab mağazalarında bu kitabı almaq üçün növbəyə duran insanların şahidi olmuşum. Kitab 30.000 tirajla çap olunmuşdu. Və qısa zaman kəsiyində tamamilə satılmışdı. Həmişə sevinc içində, əziz Sabir bəy!”,- deyə eks-deputat, təhsil eksperti Etibar Əliyev qeyd edib.

Mirşahin Ağayev isə Sabir Rüstəmxanlını bu cür təbrik edib:

“ÇƏLƏNG ZAMANI

Sabir Rüstəmxanlı, böyük vətəndaş, böyük şair, böyük publisist. Sizi təbrik edirəm! Hər birimizi təbrik edirəm! Prezident İlham Əliyevin Sizi təltif etdiyi orden, əslində, Ömür Yolunuzun adıdır, mahiyyətidir, məzmunudur: Şərəf! Məşhur misralarınızı xatırlayıram:

“Mən elin əlindən qılıncı ilkin, çələngi sonuncu alanlardanam!”

Çələng vaxtınız, çələng zamanınızdır! 1989-1991-ci illərdə Qarabağı Sizinlə helikopterdə də, avtomobildə də, piyada da gəzib dolanmışıq. Erməni-rus işğalının torpaqlarımıza vurduğu qanlı yaraları sarımağa apardığımız dava-dərmanı, tənzifi, yodu, başqa sarğı məlhəmlərini Sizinlə birlikdə daşımışıq. Sovet Azərbaycanının qəzetləri “Bütün ölkələrin proletarları, birləşin!”şüarı ilə çıxanda Sizin YARATDIĞINIZ(!) və Baş redaktoru olduğunuz “Azərbaycan” qəzeti “ Azərbaycanın birliyi və suverenliyi!” deyə çağırış edirdi! Bu günə çağırırdı! Suverenliyə, Birliyə çağırırdı! “Ömür kitabı”ndan “Qələbə tvitlərinə”-ə qədər yaşamaq, yaşatmaq Allahın iradəsi idi. Allah yəqin bilirdi Sizin Ömür kitabı”-nız 20 faiz əskik çıxa bilməz. Bu ədalətli olmaz! Daha “Allah səbr versin!” yox, Allah Sabir versin!”. Azərbaycan! Uzun, zəngin, böyük tarixinin daha 80 ili mübarək!

-Yeni Sabirlərə! Şərəfə!”.

Jurnalist Aydın Can isə geniş bir məqalə ilə çıxış edərək Xalq şairinə təbriklərini çatdırırb.

Həmin məqalədə Aydın Can deyib:

“Mən onu ilk dəfə həyatda görəndə onun heç 40 yaşı da yox idi – ötən əsrin səksəninci illərinin ilk yarısında Lənkərandakı Ziyalılar Evində “Yazıçı” nəşriyyatının baş redaktoru statusunda bir dəstə ziyalı ilə görüşü vardı. Haqqında ilk xoş sözü rəhmətlik müəllimim Malikəjdər Məmmədovdan eşitdim və tövsiyəsini yadda saxladım: “Bu cavan oğlanı yadda saxla, gələcəyin həmişə üzdə olan imzası olacaq!”

Mən onun qəzetində və orbitində olan mətbu orqanda çalışmağa başlayanda 50 yaşa təzəcə “salam” vermişdi və “Şöhrət” ordenindən imtina etmişdi!. Mən ondan və orbitindən küsəndə, uzaqlaşanda onun 60 yaşı vardı! Meydanlarda, Parlamentdə, Nazirlikdə, Poeziyada Xalqın Şairi statusuna yüksələn Sabir Rüstəmxanlı artıq Xalq Şairi idi! Mən onun yaşadığı Ömür Kitabına sayğı duymağa, qəbullanmağa başlayanda 70 yaşa çatmışdı! İndi onun 80 yaşı var!

Tanıdığım, izlədiyim, müzakirə, mübahisə, bəzən də müharibə etdiyim bu İnsanın bu 40 ildə nə Sözünün, nə də Siyasi Sanbalının BOYU heç kiçilmədi, Səsinin Tembri heç qısılmadı, aşağı hersə düşmədi! Tanıdığım və bizim hesab etdiyimiz YEGANƏ Azərbaycan Ziyalısıdır ki, Müzəffər ABK, Cənab Prezident İlham Əliyev kamera qarşısında xalqın nəzərinə çatdırdı: “Mən Yardımlının icra başçısını Sabir Rüstəmxanlının sözünə görə çıxartdım!” – İlham Əliyevin heç Avropa Şurasını, Avropa İttifaqını, Qərbin, xarici xüsusi xidmət orqanlarının təhdidlərini və şantajlarını eşitməyə uzun, orta, qısa, ultraqısa dalğaları yoxdur! Vəzirovun sözü olmasın, ziyalılar mənim yanıma xahişə oğlanları üçün vəzifə, özləri üçün ev istəməyə gəlirlər! Amma Sabir Rüstəmxanlı Azərbaycan Prezidentinin qəbuluna düşəndə RAYONU ÜÇÜN xahiş edən tək və yeganə ziyalıdır!”.

Bundan əlavə, onlarla yazıçı, şair, siyasi xadimlər və minlərlə oxucu öz təbriklərini sosial şəbəkə vasitəsi ilə Sabir Rüstəmxanlıya çatdırıblar.

Qeyd edək ki, 20 may Xalq şairi Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr