AZ

Bu ərazilərdə elektrik təchizatı müvəqqəti dayandırılacaq

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Mayın 20-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 və 12 saylı hava xətlərində təmir işləri aparılacaq.

XQ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov, Velədi, saat 14:00-dan 16:00-dək Digah və Şiləvar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
17
14
xalqqazeti.az

10Mənbələr