AZ

O, gələndə deyirdim ki, ay qız, kabluk geyinmə”

ain.az bildirir, Milli.az portalına istinadən.

Əməkdar artist Vasif Məhərrəmli canlı efirdə etdiyi etirafla diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni boy kompleksi yaşadığını açıqlayaraq maraqlı fikirlər səsləndirib.

Sənətçi aparıcı ilə söhbəti zamanı müğənni Kəmalə Qaramollayeva ilə bağlı yaşadığı bir hadisəni danışıb. O bildirib ki, efirə birlikdə çıxanda hündürdaban ayaqqabı məsələsi onu narahat edirmiş:

"Kəmalə Qaramollayeva Asif Kərimovun bir bəstəsini oxumuşdu. O efirə gələndə deyirdim ki, ay qız, hündürdaban geyinmə".

Məhərrəmli qeyd edib ki, boylarının təxminən eyni olmasına baxmayaraq, hündürdaban ayaqqabı efirdə fərqi daha çox göstərirdi:

"Onun boyu normalda mənim boydadır. Mən 1.77-yəm, Kəmalə də elə olar. 'Kabluk'la daha da artır fərq, efirdə yaxşı görüntü olmur hündür xanımla yan-yana".

Müğənninin səmimi etirafı studiyada gülüşə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülər də izləyicilərin marağına səbəb olub. 

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
news.milli.az

1Mənbələr