AZ

Bu il Azərbaycanda işsizlərin sayı nə qədər artıb? Rəsmi məlumat

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu ilin may ayının 1-ə olan məlumata görə, Azərbaycanda 282,1 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk 4 ayı ərzində ölkədə işsizlərin sayı təxminən 3 min nəfər artıb.

Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 396,2 min nəfər olub, onların 5 milyon 114,1 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.

Onu da qeyd edək ki, 2026-cı ilin may ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 246 min nəfər olub və onların 51,9%-ini qadınlar təşkil edib.Elnur Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
yeniavaz.com

3Mənbələr