AZ

Mikayıl Cabbarov: Sovet dövründə gecəqondular dövlət siyasəti kimi qəbul edilmirdi

BAKI, 20 may. TELEQRAF

“1991-ci ildən əvvəl Azərbaycan Sovet İttifaqının tərkibində idi. Həmin dövrdə də qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondular mövcud idi. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə bir neçəçağırışla üzləşdi. Azərbaycan torpaqlarının işğalı nəticəsində yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü. Əslində isəaxını 1988-ci ildə başlamışdı. Növbəti on il ərzində ölkədə həm sosial miqrasiya, həm də ciddi iqtisadi çətinliklər yaşandı. O dövrdə Azərbaycanda hər səkkiz nəfərdən biri ya qaçqın, ya da məcburi köçkün idi”.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi” sessiyasında bildirib.

Nazir vurğulayıb ki, 2003-cü ildən etibarən yeni mərhələ başladı:

“Ölkə iqtisadiyyatı stabilləşdi, çadır düşərgələri mərhələli şəkildə ləğv olundu və dövlət həm məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, həm də qeyri-rəsmi yaşayış məntəqələri ilə bağlı məsələlərin həlli istiqamətində addımlar atmağa başladı. 2020-ci ildən sonra isə “Böyük Qayıdış” mərhələsi başladı. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir və insanlar uzun illərdən sonra öz doğma torpaqlarına qayıdırlar.

Bu prosesdən çıxardığımız əsas nəticələrdən biri odur ki, problemi ilk növbədə qəbul etmək və onu düzgün müəyyənləşdirmək lazımdır. Səhiyyə, təhsil, qeyri-rəsmi iqtisadiyyat və sosial müdafiə kimi məsələlər bu problemin əsas tərkib hissələridir.
Biz hesab edirik ki, özəl sektorun bu prosesə cəlb olunması özünü doğruldan yanaşmalardan biri olub. Xüsusilə Azərbaycanda çoxmənzilli binaların inşası və yaşayış siyasəti ilə bağlı həyata keçirilən layihələr müəyyən müsbət nəticələr verib.
Leqallaşma məsələsinə ehtiyatla yanaşmaq vacibdir. Burada balans qorunmalıdır — bir tərəfdən vətəndaşların hüquqları təmin edilməli, digər tərəfdən isə təhlükəsizlik, şəhərsalma və infrastruktur məsələləri nəzərə alınmalıdır”, M.Cabbarov vurğulayıb.

Seçilən
34
2
teleqraf.com

10Mənbələr