AZ

Goranboy dəhşətli qətl: Əvvəlcə avtomobilinə çırpıldı, sonra isə...

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Bakupost”a daxil olan məlumata görə, 1992-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi avtomobillə boşanma ərəfəsində olduğu həyat yoldaşı, 2003-cü il təvəllüdlü Sevinc Məmmədovanın sürdüyü maşına qəsdən çırpılıb.

Daha sonra o, avtomobildən düşərək Sevinc Məmmədovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisə zamanı avtomobildə olan Sevinc Məmmədovanın ögey anası, Ukrayna vətəndaşı, 1974-cü il təvəllüdlü Natalya Xudenka da həyatını itirib.

Məlumata görə, hadisəni törədən Rövşən Məmmədov daha sonra özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
5
www.bakupost.az

6Mənbələr