AZ

Qırğızıstan şəhərsalmada ağıllı texnologiyalara və seysmik təhlükəsizliyə üstünlük verir

Qırğızıstan

Raxshanda

Müəllif

Raxshanda

Bişkek 2050 planı çərçivəsində tıxacların azaldılması, “ağıllı şəhər” həlləri və ekoloji tarazlıq prioritet sayılır.Qırğızıstanın tikinti nazirinin müavini İmanakulu Talan WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində bildirib ki, ölkədə şəhərsalma zamanı ilk növbədə seysmik zonalar nəzərə alınır və təhlükəsizlik əsas prioritetdir.Ulusum.az xəbər verir ki, bunu Qırğızıstanın tikinti nazirinin müavini İmanakulu Talan WUF13 çərçivəsində “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda keçirilən Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda çıxışı zamanı deyib.O qeyd edib ki, yenidən qurulan Çolpanata şəhərində müasir texnologiyalar tətbiq olunur, Bişkekdə isə 2050-ci ilə qədər tıxacların aradan qaldırılması üçün “ağıllı işıqfor”, “ağıllı parkinq” və yeni yol nişanları quraşdırılacaq.Şəhərlərdə artan əhali sıxlığı, ekoloji problemlər və infrastruktur yükü səbəbindən yeni texnologiyaların tətbiqinin vacibliyi vurğulanıb.ulusum.az xəbər verir ki, böyük şəhərlərin inkişafı zamanı həm iqtisadi, həm də ekoloji balansın qorunması əsas hədəflərdən biridir.

Diqqət Çəkənlər

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib - VİDEO

Tbilisiyə qatar biletinin qiyməti açıqlanacaq

Şuşa və Trabzon şəhərləri qardaşlaşdı

Seçilən
21
ulusum.az

1Mənbələr